MORFOLOJİ TƏHLİL

yer qabığında yeni tektonik hərəkətlərin inkişaf tarixinin və xarakterinin təyin edilməsi üsulu olub, yer səthinin müasir relyefinin öyrənilməsinə, əsasən də tektonik hərəkətlərlə erozion-denudasion proseslər arasındakı münasibəti əks etdirən, çay dərələri yamaclarının profilinin təhlilinə əsaslanır. Bu üsul 1924-cü ildə V. Penk tərəfindən təklif edilmişdir. морфологический анализ morphological analysis
MORFOLOJİ STRUKTURLARIN ELEMENTLƏRİ
MORFOLOJİ TRİADA
OBASTAN VİKİ
Təhlil
Analiz (yunanca ἀνάλυσις "çürümə , parçalanma") — hər-hansı vahidin (əşya, hal, proses və ya obyekt lər arasındakı münasibətlərin) nəzəri və ya real şəkildə tərkib hissələrinə bölünməsi. Bölünmə insanın idrak və ya praktiki fəaliyyəti üçün lazım olur., Sintezlə birgə analiz metodu tədqiqat obyekti haqqında tam və lazım olan informasiyanı əldə etməyə inkan verir. Analiz tədqiqat metodu kimi aşağıdakılardır: Fəlsəfə — fəlsəfi analiz metodu. Məntiq — məntiqi analiz, qeyri-standart analiz. Kimya — analitik kimya, struktur analizi. Tibb — tibbi analiz, qan anlizi, sidik analizi, ifrazat analizi. Riyaziyyat — riyazi analiz, funksional analiz. İqtisadiyyat — iqtisadi analiz, maliyyə analizi.
Fonetik təhlil
Fonetik təhlil — Sözün müvafiq səs və hərf tərkibini, heca, vurğu məsələlərini, ahəng qanununun pozulub-pozulmadığını müəyyənləşdirmə. Fonetik təhlil aşağıdakı kimi aparılır: Sözün səs və hərf tərkibi göstərilir. Sait səslər növlərinə görə (dodaqlanan və dodaqlanmayan,qalın və incə,açıq və qapalı) təhlil olunur. Samit səslər növlərinə görə (kar və cingiltili) təhlil olunur. Ahəng qanununa tabe olub-olmaması təhlil olunur. Sözün hecaları və vurğusu göstərilir. Fonetik təhlil zamanı sözdəki səslərin növlərə görə (samit və sait ) təhlili onun tələffüz şəkli, ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır. Fonetik təhlil sözlərin yazılışı əsasında deyil,tələffüzü əsasında aparılır.Təhlil zamanı sözdəki vurğu sözün hecalarının birinin digərinə nisbətən qüvvətli olan hecasının üzərinə düşür.Vurğu yazıda hecanın üzərində apostrof ilə(') işarə olunur. Neftçi— [nefçi], 6 hərf, 5 səsdən ibarətdir. Səs hərf tərkibi müxtəlifdir və ahəng qanununa tabedir.
Təhlil (şahmat)
Təhlil — Şahmat termini Mövqedə yaranmış görüşlərin və mümkün vəziyyətlərin qiymətinin araşdırılması. Təhlil variantların işlənməsini və ya yaranmış görüşlərin qiymətləndirilməsini özündə birləşdirir. Variantların hesablanması və mövqenin qiymətləndirilməsi təhlil bacarığının əsasını təşkil edir.
İqtisadi təhlil
İqtisadi təhlil (ing. economic analysis) — müəyyən iqtisadi hadisələrin, proseslərin, hərəkətlərin, nəticələrin öyrənilməsi və elmi tədqiqatı ilə əlaqəli və bir-birindən asılı metodlar. İqtisadiyyatda iqtisadi proseslərin inkişaf qanunauyğunluqlarını və meyllərini müəyyənləşdirmək, fəaliyyət göstəricilərinə müsbət və ya mənfi təsir göstərən əsas amilləri müəyyənləşdirmək və qiymətləndirmək üçün istifadə olunur. İqtisadi təhlilin köməyi ilə ayrı-ayrı sahələrin, birliklərin, müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması üçün istifadə olunmamış ehtiyatlar aşkar edilir. İqtisadi təhlilin nəticələri iqtisadi proseslərin proqnozlaşdırılması və uzunmüddətli planlaşdırılması, habelə gələcək effektiv inkişaf, gəlirli fəaliyyət üçün proqramlar və tövsiyələr hazırlamaq üçün istifadə olunur. K.R. Makkonnell və S.L.Brüya görə iqtisadi təhlil iqtisadi qanunların müvafiq iqtisadi gerçəkliklərdən çıxarılmasıdır. Müəyyən şərtlərdə xüsusiyyətlərini aydınlaşdırmaq üçün iqtisadi bir fenomen haqqında iqtisadi məlumatların öyrənilməsi. Statistik təhlilin obyekti ayrı-ayrı müəssisə, rayon, bölgə, bütövlükdə dövlətin iqtisadiyyatı, eləcə də tədqiqat obyektlərinin cəmi barədə məlumatlar ola bilər. Statistik iqtisadi analiz üçün məlumatlar müxtəlif statistik mənbələrdən götürülür və eyni zamanda sosioloji müşahidələr nəticəsində əldə edilir. Statistik analiz tamamlanmış (bütövlükdə bir fenomenin vəziyyəti və inkişafının hərtərəfli öyrənilməsi) və qismən (fenomenin vəziyyətinin müəyyən şərtlərdə aydınlaşdırılması, işarələrin əlaqəsi, fenomenlərin dinamikası və s.) ola bilər.
Dünya dillərinin morfoloji təsnifatı
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Gap (texniki təhlil)
Gap (ing. gap — boşluq) — kotirovkalar axınının texniki təhlilində əvvəlki vaxt çərçivəsinin bağlanma qiyməti (diaqram elementi) ilə növbətinin açılış qiyməti arasında əhəmiyyətli fərqin vəziyyətini təsvir edən termin. Vizual olaraq, bir gap qiymət cədvəlindəki bitişik elementlər arasındakı "gap" uyğundur. Fond və əmtəə bazarlarında birja təcrübəsində “gap” termini çox vaxt əvvəlki ticarət sessiyasının bağlanış qiymətinin növbəti ticarət gününün açılış qiyməti ilə üst-üstə düşməməsi (gündəlik vaxt çərçivəsi olan qrafikdə gap) deməkdir. Bəzən gap ticarət sessiyası daxilində qonşu kotirovkalar arasında əhəmiyyətli fərq də adlanır. Bu, adətən gözlənilməz xəbərlərlə bağlıdır, o zaman sitatlar arasındakı fərq adi haldan 5 və ya daha çox dəfə böyük ola bilər. Gündəlik vaxt çərçivəsi olan bir diaqramda belə bir gap boşluq kimi göstərilmir — uzadılmış element formalaşır. Ancaq daha ətraflı qrafiklərdə belə bir gap görünə bilər. Gap həm açılış, həm də bağlanış qiymətləri göstərilməklə sabit müddətə əsaslanan qrafiklərdə vizual olaraq görünür. Tipik olaraq bunlar Yapon şamdanları və ya çubuqları şəklində olan qrafiklərdir.
Fiziki-riyazi təhlil üsulu
Fiziki-riyazi təhlil üsulu vasitəsilə atmosferdəki fiziki proseslərin öyrənilməsi həyata keçirilir. Belə ki, fiziki proseslərin izahı ancaq fiziki qanunlar vasitəsilə verilə bilər. XX əsrdə bu üsulun köməyi ilə meteoroloji məsələlərin həllində böyük nailiyyətlər əldə olunmuşdur. Məsələn, fizikanın ümumi qanunlarına əsaslanaraq atmosfer proseslərini təsvir edən differensial tənliklər tərtib olunmuşdur. Bu tənliklər mürəkkəb xarakterə malik olduğu ucun onlar ədədi üsullarla və kompüter texnikasının köməyilə həll olunur. Bütün bunların nəticəsidir ki, müasir dövrdə qeyri-adi güclü tədqiqat üsulu – atmosfer proseslərinin riyazi modelləşdirilməsi üsulu geniş tətbiq olunmağa başlanmışdır. Bu üsul əsasən havanın ədədi proqnozunun hazırlanmasında və iqlim nəzəriyyəsi məsələlərinin həllində çox geniş istifadə olunur. Məhz bu üsul atmosferin və onun okean və Yer səthi ilə qarşılıqlı əlaqələrinin öyrənilməsinin əsas üsullarından biridir.